Sığınacaq hüququna malik olmaq deportasiyanı dayandırmır

10-06-2018, 11:36           

Şimali Afrika, Əfqanıstan, İraq, Suriya və dünyanın digər münaqişə ocaqlarından gələrək Almaniyada qaçqın statusu almaq üçün müraciət edib, rədd cavabı alanlardan bəziləri sonradan kilsəyə sığınacaq verilməsi üçün müraciət edirlər. AzEuroNews.com “Azlegat.com”a istinadən xəbər verir ki, Bavariya əyalətinin Ali məhkəməsi kilsələrə sığınacaq üçün baş vurma hallarının şəxsin ölkədən deportasiyası haqqında qərarın icrasını dayandıra bilməməsi haqqında qərar qəbul edib.

Belə ki, qaçqın statusu verilməsindən imtina edilmiş Nigeriya vətəndaşı deportasiyanın qarşısını almaq üçün Münxendə kilsəyə müraciət edib. Daha sonra isə vəkili vasitəsi ilə məhkəməyə müraciət edərək kilsəyə sığınacaq üçün müraciət etdiyini və bu müraciətin onun ölkədə qalmasına əsas olduğunu göstərib.

Münxen məhkəməsi hüquqi prosedurlar başa çatmış şəxsin kilsəyə müraciətinin onun ölkədən çıxarılmasının qarşısını ala bilməyəcəyi barədə qərar verib.

Məhkəmə bildirib ki, Almaniya hüquqi dövlətdir, kilsəyə müraciət şəxsin vətəndaşı olduğu ölkəyə qaytarılması haqqında qərarın icrasını dayandıra bilməz.

Əvvəllər bəzi kilsələr xüsusilə Bavariya əyalətində olan kilsələr sığınacaq axtaranlara müstəqil status verir və bu barədə Daxili İşlər Nazirliyinə məlumat vermirdi. Aparılmış danışıqlardan sonra hazırda kilsələr sığınacaq üçün müraciət edən şəxslər haqqında məlumat verdikdən sonra prosedurlara başlayırlar.

Məlumat üçün bildiririk ki, hazırda Bavarya kilsələrində 69 nəfər sığınacaq axtarana qaçqın statusu verilməsi məsələsinə baxılır ki, onlardan da 16 nəfəri uşaqlardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.