KXDR ABŞ-la danışıqların mövzusunu açıqlayıb

11-06-2018, 08:13           
KXDR ABŞ-la danışıqların mövzusunu açıqlayıb
KXDR ABŞ-Ia danışıqların mövzusunu açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi – ÇTAK məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ABŞ və KXDR Sinqapurda keçiriləcək sammitdə iki ölkə arasında yeni münasibətlərin qurulmasını, sülh sisteminin yaradılmasını və Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə edəcəklər.

Sammitdə ABŞ və KXDR arasında geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvəsizləşdirilməsi prosesinin reallaşması diqqət mərkəzində olacaq.

Trampla Kim Çen In arasında sammit sabah Sinqapurda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru