KXDR lideri Sinqapurun baş nazirinə təşəkkür edib

11-06-2018, 08:20           
KXDR lideri Sinqapurun baş nazirinə təşəkkür edib
KXDR lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Luna ABŞ-la keçiriləcək sammitin təşkilinə görə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Mən KXDR hökuməti və vətəndaşları adından Sinqapur hökumətinə və vətəndaşlarına ən xoş arzularımı çatdırmaq və onları ürəkdən salamlamaq istərdim", - deyə KXDR rəhbəri bildirib.

Şimali Koreya lideri KXDR-ABŞ tarixi sammitinin təşkilində köməyə görə də təşəkkürünü bildirib.

Qeyd edilir ki, Kim Çen In Sinqapurun baş naziri ilə görüşdə səfər kitabını da şəxsən özü imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru