Almaniyada qaçqınlarla bağlı siyasətə yenidən baxılacaq

11-06-2018, 09:30           

Almaniyada qaçqınlarla bağlı siyasətə yenidən baxılacaq.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer “Bild am Sonntag” nəşrinə bildirib. Nazir bildirib ki, yeni sənəd 63 bənddən ibarət olacaq.

Almaniyanın İqtisadi əməkdaşlıq və inkişaf naziri Qerd Müller isə “Augsburger Allgemeine” qəzetinə müsahibəsində qeyri-qanuni miqrasiyanın qarşısının alınması zərurliyini qeyd edib. “Qaçqınların Almaniyaya gəlməsi ilə bağlı qərarları qaçaqmalçılar yox, hökumət verməlidir”, deyə nazir vurğulayıb.

O, qaçqınlarla bağlı yeni tədbirlər paketinin iyunun 12-də açıqlanacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru