KİM ÇEN IN İÇİN SONUN BAŞLANĞICINA START VERİLDİ

12-06-2018, 12:37           

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda görüşü və imzaladıqları anlaşma mənə 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır. ABŞ və SSRİ yola getmirdilər, dünyanı iki yerə - “mənimkilər” və “sizinkilər”ə bölmüşdülər. O zaman da Vaşinqton Moskvanın saqqızını oğurladı, başını tumarladı və… böyük imperiyanı tarixin arxivinə göndərdi.

Əlbəttə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmayıb, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər. Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen Inın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər.
Elxan Şahinoğlu
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru