Separatçı baş redaktoru Lənkəranda saxladılar

12-06-2018, 18:57           
Separatçı baş redaktoru Lənkəranda saxladılar
"Tolışon sado" ("Talışın səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov saxlanılaraq Lənkəran rayon polis bölməsinə aparılıb.

Virtualaz.org “Turan”a istinadən xəbər verir ki, R.Cəlilov üç saatdır ki, polisdə olduğunu bildirib.

Mənbəyə əsasən, bu müddətdə ondan qəzetin fəaliyyəti ilə bağlı soruşublar.

DİA.AZ xatırladır ki, sözügedən şəxs Azərbaycan dövlətinin milli maraqlarına qarşı çıxış edən bir şəxs kimi xarakterizə olunur və son zamanlar bəzi dairələr Azərbaycanda süni şəkildə separatizmi qızışdırmağa çalışırlar ki, bu yolda da qeyd etdiyimiz şəxs kimilərdən geninə-boluna istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru