BMT Baş Assambleyası Fələstinə dair qətnamə qəbul etdi
14-06-2018, 08:29
BMT Baş Assambleyası, İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qərarı səs çoxluğu ilə qəbul etdi. Səsvermə BA-nın 10-cu xüsusi sessiyasında baş vermişdir.
Sənədin lehinə 120 dövlət, 8 əleyhinə səs verib, 45 ölkə isə bitərəf qalıb.
Ərəb ölkələri tərəfindən hazırlanan BMT-nin qətnamə layihəsində İsrail tərəfindən Fələstinin dinc sakinlərinə qarşı həddən artıq, qeyri-proporsional gücdən istifadə ilə əlaqədar təəssüf hissi ifadə edilir. Sənəd, İsraili bu tipli hərəkətlərdən çəkinməyə və qanuni öhdəliklərə riayət etməyə çağırıb.