Paşinyan “Feysbuk”da yazdı:"Putin Azərbaycan prezidenti ilə məni tanış etdi..."

15-06-2018, 00:58           

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

“Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, – deyə Paşinyan qeyd edib/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru