Qarabağ problemini tezliklə həll etməliyik - Zaxarova

15-06-2018, 23:35           

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir", - o qeyd edib.

M.Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünü şərh edərkən bildirib ki, bu məsələylə bağlı iki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru