ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

17-06-2018, 23:07           

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

APA-nın ATƏT -ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək. İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq.

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru