ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırır

19-06-2018, 08:03           

Cənubi Koreya və ABŞ Koreya yarımadasında avqust ayına planlaşdırılan “Ulchi Freedom Guardian” birgə hərbi təlimləri təxirə salmağa qərar veriblər.



APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə nazirliyinə istinadən məlumat verib.



“Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul ediblər” məlumatda deyilir.



Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru