Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edilib

20-06-2018, 08:08           

Yerevanda məhkəmə Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanı həbs edib. APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli hesab edilib. Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.



Manvel Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib.



Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru