Vaqif Dərgahlı: “Arsrun Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirməyə davam edir”

21-06-2018, 21:43           
Vaqif Dərgahlı: “Arsrun Ovannisyan axmaq şərhləri ilə insanları təəccübləndirməyə davam edir”
“Müdafiə nazirlərini əlcək kimi dəyişən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan özünün sarsaq və yersiz şərhləri ilə insanları təəccübləndirməkdən vaz keçmir”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı Azərbaycan ordusu tərəfindən Naxçıvan cəbhəsində 11 min hektar ərazinin azad olunması ilə bağlı A. Ovannisyanın sözlərinə münasibət bildirərkən deyib.

“Lakin bu dəfə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi qeyri-ixtiyari olaraq Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyərək onu xilaskar adlandırıb. Bəli, Azərbaycan ordusu xilaskar və öz torpaqlarının qoruyucusudur. Düşməndən fərqli olaraq, bizim başqasının torpağında gözümüz yoxdur. Bununla yanaşı, biz öz torpaqlarımızı işğal altında qoymayacağıq. Azərbaycan ordusunun xilaskar əsgərinin qədim Azərbaycan ərazilərindən sonuncu işğalçını da çıxarıb atacağı gün uzaqda deyil”, - deyə V. Dərgahlı bildirib.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru