Avropa Birliyi Ermənistana milyonlarla avro ayırdı 22-06-2018, 00:36 Avropa Birliyi suriyalı qaçqınların inteqrasiyasına yardım üçün Ermənistana üç milyon avro ayırıb.Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.Məlumatda bildirilib ki, iyunun 21-də Brüsseldə Avropa Birliyi – Ermənistan əməkdaşlıq şurasının ilk iclası keçirilib:“Şuranın iclasında vurğulanıb ki, Suriyada siyasi münaqişənin həlli müstəsna əhəmiyyətə malikdir.Suriyalı qaçqınların Ermənistana inteqrasiyası üçün Avropa Birliyi “Madad” fonduna üç milyon dollar ayırıb”.Münaqişəyə qədər Suriyada erməni icmasının 110 min üzvü olub. Facebook-da paylaş