Elza Seyidcahan hansı dairədən namizəd olacaq?

16-09-2015, 17:25           
Elza Seyidcahan hansı dairədən namizəd olacaq?
Əməkdar artist Elza Seyidcahan qalmaqalların əhatəsində olmasına baxmayaraq ciddi-cəhdlə parlament seçkilərinə hazırlaşır. Bəstəkar müğənni artıq namizədliyini irəli sürdüyünü bəyan edib.

O, bir müddət bundan öncə musavat.com-un əməkdaşına açıqlama verərək bildirmişdi ki, namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcək. Lakin hakim partiya namizədlərinin siyahısını açıqlayanda əməkdar artistin adına rast gəlinmədi.
Bununla bağlı ElzaSeyidcahan ilə əlaqə saxladıq. Əməkdar artist dedi: “Narahat olmayın hər şey yaxşı olacaq”.
“Hansı dairədən namizəd olacaqsız?” sualımızı Elza Seyidcahan bu cür cavablandırdı:“Hələ ki, dairəni açıqlamaq istəmirəm. Amma tezliklə bu barədə məlumat verəcəm” Bəs görəsən həmkarları əməkdar artistin deputatlığa namizəd olmasına necə münasibət bəsləyir?
Tanınmış müğənni İzzət bağırov deputatlığa namizəd olduğu üçün əməkdar artisti tənqid edənləri qınayıb:“Niyə Elza xanımı tənqid edirlər bilmirəm. Savadı yoxdur, ya deputat ola bilməz? Kim nə bilir ki, onun nə bacarığı var? Bəlkə o, depuat olarsa elə işlər görəcək ki, hər kəs şok olacaq?..”
Müğənni Manaf Ağayev bütün həmkarlarına bu yolda dəstək olacağını deyib: “Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram. Elza xanım haqqında isə onu deyə bilərəm ki, Tanrı arzusuna çatdırsın” Müğənni Xuraman Şuşalı da Elza Seyidcahana uğurlar diləyib:
“O, həm ali təhsllibəstəkar-müğənnidir, həm də gözəl anadır.Elza deputat olmağa layıq xanımdır”.
Qeyd edək ki, əməkdar artist həm namizədlik məsələsinə, həm də xalq artisti İlhamə Quliyeva ilə aralarındakı qalmaqala görə bir çoxları tərəfindən tənqidlərə tuş gəlib. Onu tənqid edənlərə “Lider" telekanalının tanınmış aparıcısı İlahə Nizamiqızı da qoşulub. Belə ki, o, öz Facebook səhfəsində Elza Seyidcahanı sərt tənqid edib:
"Son günlər çox yersiz bir qalmaqal yaşanır. Ən pisi odur ki, söhbət Azərbaycanın əvəzolunmaz sənətkarı, "Şərəf" və "Şöhrət" ordenli gözəl xanım, hər kəsin sevimlisi İlhamə Quliyevadan gedir.
İlhamə xanımla sıx yaxınlığım olmasa da, oxuduqlarımdan və eşitdiklərimdənəsəbləşdim. Elza xanım, sözüm sizədir. Sizə bir xanım kimi böyük hörmətim var idi. Amma bu son olay məni şaşırtdı. Siz o sözləri necə dilinizə alıb deyə bilirsiniz? Axı İlhamə xanımı hamı tanıyır və hər kəs bilir ki, hansı hörmətə və sənətə malikdir. Ulu Öndərimizin və cənab prezidentin təqdim etdiyi mükafatlara şübhə ilə yanaşmağa kimin ixtiyarı var?Bu sözləri deyən xanım necə millət vəkili ola bilər? ElzaSeyidcahanın yerində olsaydım, İlhamə xanımdan ən azı böyüklüyünə görə üzr istəyərdim. Bu, İlhamə xanımın sənətinin vurğunu kimi mənim şəxsi fikrimdir".
Qeyd edək ki, Elza Seyidcahanın millət vəkilliyinə namizədliyini irəli sürməsi xalq artisti İlhamə Quliyevanı özündən çıxartmışdı. Tərəflər arasında qalmaqal daha da böyüyərək pik həddinə çatmışdı. Nəticədə bu günlərdə xalq artisti İlhamə Quliyeva əməkdar artisti məhkəməyə verib. (musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.