NAFEA FAA İ POİPO

23-12-2024, 09:34           
NAFEA FAA İ POİPO
Pol Qogennin (Paul Gauguin) 1892-də çəkdiyi tablo rəssamın ən məşhur əsərlərindən biridir.
"Ərə nə zaman gedirik?" (Tahiti dialektində "Nafea faa i poipo") tablosunda ön planda iki yerli gənc qız, arxa planda isə avropasayağı geyinmiş qadınlar var. Qogen Polineziyanın bütün rənglərini tabloya "töksə" də o rəng "şənliyi" diqqəti çəkmir.
Tablonun əsas mövzusu tahitili qızların gözlərindəki kədər və intizardır. Əgər birinci qız daha ciddi və diqqətləri toplayıbsa, ikincinin gözlərindəki səksəkəni oxumaq çətin deyil. Qatar Museums tərəfindən 2015-ci ildə 300 milyon dollar kimi astronomik qiymətə alınan "Ərə nə zaman gedirik?" tablosu dünyanın ən pahalı əsərlərindən biridir. Onun ilk sahiblərindən olan isveçrəli Rudolf Shtehlindən (Sotheby's şəriklərindən biri) sonra bu bənzərsiz əsərin ərəblərin əlinə keçməsi dünyada böyük rezonansa səbəb olmuşdu.
t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru