MAKRON ÖZ VƏTƏNDAŞLARINI TƏHQİR ETDİ... - Tənqidlərə dözə bilməyib
Bu gün, 11:24
Fransanın xaricdəki müstəmləkələrindən biri olan Mayotte adasında Çido qasırğası fəlakətə səbəb olub. Təbii fəlakətdə 31 nəfər həyatını itirib, adada böyük dağıntılar olub. Təbii fəlakətdən sonra bölgəyə gələn Fransa prezidenti Makron ictimaiyyətin qəzəbi ilə qarşılaşıb. Fransa lideri tənqidlərə dözə bilməyib və qurbanları lənətləyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib. Məlumatda bildirilir ki, Fransanın Mayotte koloniyasında ciddi dağıntılara səbəb olan qasırğadan 5 gün sonra adaya səfər edən Emmanuel Makron Pamandzi qəsəbəsində ictimaiyyətin təpkisi ilə üzləşib.
Yerli əhali qasırğadan sonra adada su çatışmazlığından və pis şəraitdən şikayətlənib və Paris hökumətini fəaliyyətsizlikdə ittiham edib.
Fransanın müstəmləkə kimi uzun illərdir sömürdüyü adada içməli suyun şətinliklə tapılmaması əhalini daha da qəzəbləndirib.
Makronun görüşdüyü ada əhalisi Fransa prezidentinin yalan danışdığını bildirib, “istefa” və “su” şüarları səsləndiriblər
"7 gündür camaatı su ilə təmin edə bilmirsiniz!" - deyə, Mayotte sakinləri Makrona səslənib.
Fransa prezidenti isə təbii fəlakətdən zərər çəkmiş kütləyə belə deyib: "Mən qasırğa deyiləm. Ona görə də məsuliyyət daşımıram".
Daha sonra Makron ada əhalisinə qarşı təhqiramiz ifadələr işlədib: "Fransa ərazisi olduğunuz üçün xoşbəxtsiniz. Əgər Fransa olmasaydı, 10.000 qat daha dərinlikdə olardın. Hind okeanında insanların daha çox yardım alacağı yer yoxdur".
Fransada müxalifətdən olan deputatlar Makronun təhqirinə sərt reaksiya veriblər.
Sağçı deputat Sebastien Chenu deyib: "Makronun Mayotte vətəndaşlarımız üçün doğru təsəlli sözlərini işlətdiyini düşünmürəm".
Solçu deputat Eric Coquerel də Makronun şərhinin "tamamilə alçaldıcı" olduğunu bildirib.
Qeyd edək ki, Makron keçmişdə də əhali ilə görüşlərində təhqiramiz fikirlər səsləndirib. Bu cür bəyanatları Fransa vətəndaşları tərəfindən alçaldıcı fikirlər kimi qəbul edilib. Buna görə də onun prezident olduğu yeddi il ərzində populyarlığı hər il aşağı düşüb.
Gülnar
"AzPolitika.info"