YAP-IN SİYAHISI AÇIQLANDI, SEÇKİ BİTDİ...

16-09-2015, 21:41           

Rauf Arifoğlu seçki haqqında fikirlərini öz profilində bölüşüb. teref.az olaraq bu fikirləri sizlərə təqdim edirik!
Söylənti var idi ki, iqtidar texnoloqları heç olmasa 25-30 dairədə nümunəvi seçki keçirib, Avropa və Qərbin iddialarını zəiflədəcəklər. Məntiqlisi də bu idi. Lakin bu gün, YAP-ın siyahısının üstünə gün işığı düşər - düşməz, bölgələrdə, eləcə də paytaxt Bakıda zorbalığa start verildi. Bu gün Müsavat Partiyasının namizədlərindən gələn məlumatlar, Mirmahmud Ağa, Pənah bəylə bilavasitə danışıqlarım və onların dedikləri onu göstərdi ki, icra sturukturları müxalifətsiz seçki keçirtmək barədə tapşırıq alıblar. Hər addımbaşı imzatoplama mərhələsinə müdaxilə olunur, namizədlərin təmsilçiləri incidilir, bəzən oğurlanır, saxlanılır... Hər iki müxalifətçi lider əsəbi idi və seçkini boykot edəcəklərinin anonslarını verdilər...
Seçki ilə bağlı iqtidarın əlinin əyyarı elə pozulub ki, düzəlməsi müşkül görünür. Lakin nə olsa belə, mən seçkini boykotun əleyhinəyəm. Yoxsa bu faktları kim və necə üzə çıxaracaqdı....













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.