Araz Əlizadə və Tahir Kərimli də deputatlığa namizəd oldular

16-09-2015, 23:33           

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür.

Mətbuat xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.

A. Əlizadə əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib.

T. Kərimli APA-ya deyib ki, o namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda millət vəkili İqbal Ağazadə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.