Sabirabad rayonunda yaşauyan seyid nəsillərinin nümayəndələri parlament seşkilərində öz namizədləri ilə çıxış edəcəklər. Bu barədə Savaş-a rayondakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, YAP-ın namizədi Elçin Quliyevə alternativ olaraq seyidlər Məmmədov Hacı Mirqalib Kərbalayi Ağarza oğlunun namizədliyini irəli sürüblər. Artıq 63 saylı Sabirabad seçki dairəsini əhatə edən kəndlərdə belə Hacı Mirqalibin namizədliyini dəstəklənəcəyi barədə xəbərlər gəlir.