Adil Əliyev bu dairədən seçkiyə qatıldı
17-09-2015, 17:19
Bitərəf deputat Adil Əliyev yenidən eyni dairədən seçkiyə qatılacaq.
Axar.az-ın məlumatına görə, millət vəkili namizədliyini 20 saylı Nərimanov II Seçki Dairəsindən verəcəyini açıqlayıb.
A.Əliyevin rəqibi YAP-dan İbrahim Əsədov olacaq. Ancaq YAP-çı namizədin şansları az qiymətləndirilir. Çünki onun fəaliyyəti barədə geniş bilgi olmadığından, cəmiyyətdə az tanınır, internet resurslarında belə barəsində heç bir məlumata rast gəlinmir.
Xatırladaq ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin rəisi işləyən Adil Əliyev 2005-ci ildə istefa verərək, parlament seçkilərinə qatılmışdı və o dövrdə Müsavat Partiyasının başqanı İsa Qəmbəri seçki yarışında məğlub etməyi bacarmışdı.
Fəaliyyət göstərdiyi dairədə yaxşı tanınan millət vəkili Adil Əliyev Azərbaycanın tanınmış generallarından olan Məhərrəm Əliyevin qardaşıdır. O, sosial şəbəkələrdə və internet mediada keçirilən sorğularda respondentlərin ən çox səs verdiyi 5 deputatdan biridir.