Əfqanların deportasiyasına etiraz edən isveçli haqqında prokurorluq araşdırma başlatdı

30-07-2018, 01:25           
Əfqanların deportasiyasına etiraz edən isveçli haqqında prokurorluq araşdırma başlatdı
Ötən gün Əfqanıstan vətəndaşlarının deportasiyasına etiraz edən isveçli barəsində prokurorluq tərəfindən araşdırma başladılıb. AzEuroNews.com xəbər verir ki, Göteborg-İstanbul təyyarə reysində əfqanların deportasiyasına etiraz edən Elin Erssonun cəsarəti və örnək davranışı dünya gündəminə çevrilmişdi.

“Facebook” üzərindən canlı yaym edərək deportasiyaya etiraz edən Elin Ersson barəsində Göteborg Prokurorluğu tərəfindən araşdırma başladılıb. Prokurorluqdan verilən açıqlamaya görə, hadisə nəticəsində 21 yaşlı gənc qız 52 yaşlı bir Əfqanıstan vətədanşının deportasiya edilməsini əngəlləyib.

“Bu əməllə o, hava qaydalarını və ölkə qanunlarını pozub. Ona görə, barəsində tərəfimizdən araşdırmalara başlanılıb” deyə Göteborg Prokurorluğundan bildirilib.

” Dagens Nyhete” qəzetinə danışan 21 yaşlı Elin Ersson bildirib ki, o, ölümə göndərilən insanların deportasiya edilməsinin qarşısını alıb.

Qeyd edək ki, Elin Ersson ötən gün Göteborg-İstanbul təyyarə reysində Əfqanıstan vətəndaşlarının deportasiya edilməsinə qarşı çıxaraq “Facebook” hesabı üzərindən canlı yayım etmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru