Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklif edildi

30-07-2018, 08:28           
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklif edildi
Amerika senatoru Lindsi Qrem Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifiylə çıxış edib.

Publika.az xəbər verir ki, senatorun sözlərinə görə, ABŞ-ın Rusiya barəsində tətbiq etdiyi sanksiyalar işləmədiyi üçün Moskvaya qarşı əlavə məhdudlaşdırıcı ölçülərin tətbiqi dəstəkləyir.

“Keçmiş prezident Barak Obama Trampla müqayisədə Rusiya barəsində daha sərt mövqe tuturdu”, - o, “Fox News”-a müsahibəsində bildirdi.

Senatorun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların genişləndiriıməsi ideyasını dəstəkləyən dövlət katibi Mayk Pompeonun bəyanatı onu sevindirib.

Daha əvvəl Pompeo deyib ki, Helsinki sammitindən sonra Rusiyaya qarşı sanksiyalar üzrə ABŞ-ın siyasəti dəyişməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.