Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar”

31-07-2018, 07:45           
Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar”
Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar.



APA-nın CBS News-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.



“Biz bunu artıq Avropa İttifaqının rəhbərliyi ilə müzakirə etmişik”, deyə D.Tramp vurğulayıb.



C.Konte isə ABŞ prezidenti ilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə etdiyini bildirib.



Qeyd edək ki, iyulun 25-də ABŞ prezidenti Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri qəbul edib. Ağ Evdə keçirilmiş görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru