Azərbaycanlı millət vəkilindən şok: - İran çökür

31-07-2018, 17:27           
Azərbaycanlı millət vəkilindən şok: - İran çökür
İran iqtisadiyyatı çökmək üzrədir. Xahiş edirəm, gözlərinizi açın.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin Büdcə komissiyasının üzvü, azərbaycanlı millət vəkili Cahanbəxş Mühibbiniya deyib.

“Başlıca problemləri Məclisin gündəminə gətirmədiyi üçün Prezident Həsən Ruhanidən şikayətçiyik”, - millət vəkili bildirib.

Dolların bahalaşaraq 11 min tümən səviyyəsinə qədər yüksəldiyini xatırladan Mühibbiniya ölkədə işsizlik və bahalıq kimi iqtisadi problemlərlə yanaşı, ətraf mühit və səhiyyə sahəsində də çətinliklərin yaşandığını qeyd edib. Millət vəkili bu tip problemlərlə qarşı-qarşıya qalan xalqın səsinə qulaq verilməli olduğunu vurğuladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru