BMT azərbaycanlı jurnalistin ölümü ilə bağlı hərəkətə keçdi

1-08-2018, 03:22           
BMT azərbaycanlı jurnalistin ölümü ilə bağlı hərəkətə keçdi
Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.

Axar.az “Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində “İzvestiya” qəzetinin vəsiqələri olub.

Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

***

Rusiya mediasının məlumatına görə, öldürülənlər arasında Azərbaycan əsilli məşhur filosof Heydər Camalın oğlu Orxan Camal da var.

O, digər iki jurnalistlə sənədli filmin çəkilişlərində iştirak edirmiş.

***

Öldürülən digər 2 şəxsin adı açıqlanıb: Onlardan biri rejissor Aleksandr Rastorquyev, digəri isə operator Kiril Radçenkodur.

***

BMT rusiyalı jurnalistlərin ölümünün araşdırılması işi ilə bağlı MAR polisinə dəstək verəcək.

Bu barədə BMT Sühməramlı missiyasının nümayəndəsi məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru