"Rusiyanın dəstəklədiyi, A planı olaraq gördüyü şəxs məhz Armen Sarkisyandır"

31-08-2018, 10:20           
"Rusiyanın dəstəklədiyi, A planı olaraq gördüyü şəxs məhz Armen Sarkisyandır"
Ermənilər öz siyasi hakimiyyəti və xalqı haqqında yüksək pafosla danışmağı xoşlayırlar. O qədər çox xoşlayırlar ki, küçə də qışqıra qışqıra pafosla danışan birini yəni Nikol Paşinyan adlı bir şəxsi baş nazir seçdilər. Hər halda Paşinyan da xalqının bu qədər pafoslu danışmağı xoşladığını gözəl bilirdi ki,mitinqlərindəki çıxışlarında ancaq pafosa üstünlük verirdi . Görəsən indi o pafosla danışmağı xoşlayan ermənilər N.Paşinyanı seçilməsi üçün dəstək verdiklərinə görə peşman deyillər? Hələ də erməni xalqı Ermənistanın daxili sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getdiyini görmür? Heç düşünmürlərmi həmin pafosla danışmağı xoşlayan ermənilər vaxt gələcək Ermənistan adlı dövlətin qalıb-qalmayacağı mövzusunu müzakirə etməyə başlayacaqlar. Onsuz da müstəqilliklərinin formal xarakter daşıdığını qəbul edə bilmirlər. Paşinyan yalanları ilə erməni xalqını o qədər kor edib ki, seçki ilə bağlı həyata keçirdiyi tədbirlərlə ölkəni böhrana sürüklədiyini görə bilmirlər. Halbuki hakimiyyət özü etiraf edir ki, növbədənkənar seçkilərin keçirilməsi mövcud şəraitdə olduqca qəliz məsələdir. Və növbədənkənar seçkinin keçirilməsi üçün konstitusiya islahatlarının reallaşması lazımdır. Lakin Ermənistan siyasi dairələrinin və ictimaiyyətin buna tam hazır olmadığını görürük. Xüsusilə, N.Paşinyan ilə hal-hazırkı prezident Armen Sarkisyan arasında gizli də olsa rəqəbət gedir. Bir sözlə, Armen Sarkisyan hələ ki, Paşinyanla mövcud konstitusiyanı müdafiə edənlər arasında gedən gərgin mübarizənin nəticəsini gözləyir və ona uyğun hərəkət edir. Bu mübarizənin nə ilə nəticələnəcəyini soruşsanız? Deyərdim ki, hələ ki üstünlüyün mövcud konstitusiyanı müdafiə edənlər tərəfdə olduğu görülür. Lakin zaman nə göstərər onu hələ demək tezdir. Düşünürəm ki, bu mübarizə daha çox Paşinyan ilə Armen Sarkisyan arasında gedir, nəinki mövcud konstitusiyanı müdafiə edənlər arasında.
Fikrimcə, Armen Sarkisyan siyasi elita tərəfindən daha çox qəbul edilir və Ermənistanın gələcək baş naziri olaraq da görülür. Armen Sarkisyanın keçmişinə nəzər salsaq görərik ki, 1996-1997-ci illərdə Ermənistanın müstəqillik tarixində 5-ci baş nazir və son olaraq da Böyük Britaniyanın Ermənistandakı səfiri olaraq fəaliyyət göstərib. Həmçinin BP, Alcatel, Telefonica, Bank of America Merrill Lynch kimi transmilli koorparasiyalarını baş məsləhətçi vəzifələrini icra edib. Məhz bu saydığım səbəblərdən dolayı xüsusilə də zamanında qısa müddətlik olsa da baş nazir vəzifəsini icra etdiyi üçün Armen Sarkisyan siyasi elita və Rusiya tərəfindən gizli də olsa dəstəklənə biləcəyini düşünürəm. Bu günlər də erməni KİV-də Robert Köçəryan amili daha çox önə çıxarılaraq Rusiyanın Paşinyana qarşı irəli sürdüyü bir variant olaraq bəhs edilir. Əslində isə Robert Köçəryan Rusiyanın daha çox üzdə olan və B planı olaraq gördüyü bir variantdır.

Diqqətlə fikir versək görərik ki, sanki Rusiyanın göstərişiylə erməni KİV-ləri erməni xalqının diqqətini Robert Köçəryana doğru yönəldir. Reallığa qalanda isə bağlı qapılar arasında gizli danışıqlar Armen Sarkisyanla Paşinyan arasında gedir. Belə ki, Ermənistan Milli Məclis sədri Ara Babloyan ilə Paşinyan 27 avqust tarixində görüşürlər lakin görüş barəsində heç bir məlumat vermirlər sadəcə konstitusiya dəyişikliklərinə gedəcəklərinə dair qısa bir bəyanat verirlər.Çox keçmir ki, Ara Babloyan prezident Armen Sarkisyanla görüşür və açıqlama olaraq bildirir ki, prezidentə ölkədəki vəziyyət barədə məlumat verdim. Bir sözlə, görünür Ara Babloyanın vasitəçiliyi ilə Armen Sarkisyanla Paşinyan arasında qızğın danışıqlar gedir. Buradan da məlum olur ki, Rusiyanın dəstəklədiyi, A planı olaraq gördüyü şəxs məhz Armen Sarkisyandır. Təbii ki, Rusiyanın bu planı baş tutmasa PR olaraq istifadə etdiyi Köçəryanı da dəstəkləməkdən cəkinməyəcək.
Əgər hər şey Rusiyanın planladığı kimi gedərsə yaxın zamanlar da Köçəryanın geri planda qalmaq istədiyini, ( bunu səhhətiylə və başqa səbəblərlə də əlaqələndirə bilər) və böyük ehtimal ki, dəstəyinin Armen Sakisyandan yana olduğunu eşidə bilərik.

Analitik Ehtiram Aşırlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.