Azərbaycanda erməniləri pulsuz əməliyyat etməyə başladılar - VİDEO

3-10-2018, 16:02           
Azərbaycanda erməniləri pulsuz əməliyyat etməyə başladılar - VİDEO
Amerikalı həkimlər adventist protestant cərəyanına xidmət edir....

Hələ yaz aylarından Qarabağa gəlməyi planlaşdıran bir qrup Amerikalı həkim beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal altındakı ərazilərinə soxulub.

Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda ingiliscə nəşr olunan separatçı erməni saytlarından biri xəbər yayıb. ABŞ vətəndaşı olan və əksəriyyəti erməni həkimlər Ümumerməni "Hayastan” fondu və ABŞ-ın Kaliforniya ştatındakı "Adventist Health Glendale” ("Adventist Sağlamlığı- Qlendeyl”) aparıcı tibbi mərkəzinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Xankəndinə gəliblər. Onlar erməni tibb əməkdaşlarına pulsuz imtahan və məşğələlər keçir, eləcə də hədsiz ehtiyacı olan xəstə erməniləri pulsuz əməliyyat edirlər.
Sentyabrın 30-dan başlanan kampaniya oktyabrın 4-dək davam edəcək. Amerikalı həkimlər Xankəndindəki tibbi mərkəzdə ümumi və damar cərrahiyyəsi, oftalmologiya(katarakta), travmatologiya, ortopediya, diz və çiyin cərahiyyəs, ginekologiya və s. sahələrdə əməliyyat aparacaqlar.

P.S. Diqqət çəkən məqamlardan biri də Azərbaycan torpaqlarındakı ermənilərin pulsuz əməliyyatını təşkil edən tibbi mərkəzin protestant dini cərəyanlarından olan adventizm nümayəndələri olmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru