Minsk qrupu həmsədrinə yaltaqlığın təzahürü...- Ölkə 2 gün istirahət edəcək...

4-10-2018, 20:02           
Minsk qrupu həmsədrinə yaltaqlığın təzahürü...- Ölkə 2 gün istirahət edəcək...
Oktyabrın 4-də keçirilmiş iclasda Ermənistan hökuməti oktyabrın 5-də Milli Məclisin fövqəladə iclasının çağırılması üçün Ermənistan Respublikası Milli Məclisinin sədri Ara Babloyana müraciət etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, Erməni nəşrlərinin yazdığına görə, buna səbəb oktyabrın 7-12-də Ermənistanda keçiriləcək Frankofoniya sammiti ilə əladar iki günü – 11-12 oktyabrı qeyri-iş günü elan etmək haqda qərar qəbul edilməsidir.

Baş nazir Nikol Paşinyan da hökumət üzvləri ilə görüşündə qeyd edib ki, 17-ci Frankofoniya sammiti ilə əlaqədar respublikada 2 gün istirahət günü olmalıdır. Bunun üçün parlamentdə bayramlar haqqında qanuna dəyişiklik edilməlidir.

17-ci Frankofoniya sammiti çərçivəsində 80-dən çox ölkə və təşkilatın nümayəndə heyətləri Ermənistana gələcəklər.

Qeyd edək ki, Frankofoniya 1970-ci ildə yaradılmış və fransızdilli, eləcə də Fransa ilə sıx əməkdaşlıq edən 58 ölkənin daxil olduğu təşkilatdır.

P.S. Ermənistan həm ağalarından, yolgöstərənlərindən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransaya yaltaqlanmağı, ondan ötrü iki günü istirahət günü elan etməyi özünə şərəf sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru