Karapetyanın ölümü TƏSADÜFİ DEYİL - “Skripal işi”

5-10-2018, 12:16           
Karapetyanın ölümü TƏSADÜFİ DEYİL - “Skripal işi”
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan Sergey Skripalın qohumu Viktoriya Skripal Rusiya Baş prokurorunun müavini Saak Karapetyanın ölümünün Solsberi insidenti ilə bağlı olduğunu iddia edib.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Viktoriya Skripalın sözlərinə görə Karapetyanın ölümü heç də təsadüf deyil: "Mən təsadüflərə inanmıram...”

Karapetyanın fəaliyyətinin yaxından şahidi olan mənbə bildirib ki, o, 2016-cı ildə baş prokurorun müavini təyin edildikdən sonra ən qalmaqallı cinayət işlərinə, o cümlədən də, "Skripalların işi”nə birbaşa nəzarəti həyata keçirib. Xüsusən də, Solsberidəki zəhərlənmə hadisəsilə bağlı Böyük Britaniya hökuməti və xüsusi xidmət orqanlarına sorğular hazırlamaqla məşğul olub.

Qeyd edək ki, Rusiya Baş prokurorunun müavini Saak Karapetyan vertolyot qəzasına düşərək ölüb. Saak Karapetyan Skripal hadisəsi ilə bağlı araşdırmanı kurasiya edən şəxs idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.