Səudiyyə Ərəbistanı tezliklə qeyri-neft sahəsində ən böyük sövdələşməsini elan edəcək

6-10-2018, 06:48           
Səudiyyə Ərəbistanı tezliklə qeyri-neft sahəsində ən böyük sövdələşməsini elan edəcək
Səudiyyə Ərəbistanı üçün ən böyük qeyri-neft sövdələşməsi iki həftə sonra Ər-Riyadda keçiriləcək investisiya forumunda elan olunacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Krallığın vəliəhdi, şahzadə Məhəmməd ibn Salman əs-Səud "Bloomberg" nəşrinə müsahibəsində deyib.

"Bu sövdələşmə özündə böyük rəqəmləri əks etdirir və qeyri-neft sahəsində Sudiyyə Ərəbistanı ilə əlaqəlidir. Bu barədə iki həftə sonra investisiya forumunda elan olunacaq", — deyə şahzadə bildirib.

II "Gələcək investisiya təşəbbüsü" forumu 23-25 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtında şahzadə Məhəmməd ibn Salman əs-Səudun sədrliyi ilə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru