Pompeo Kim Çen Inla sammitin yeri və vaxtını müəyyən edəcəyinə ümid bəsləyir

6-10-2018, 06:49           
Pompeo Kim Çen Inla sammitin yeri və vaxtını müəyyən edəcəyinə ümid bəsləyir
ABŞ-ın dövlət katibi Mayk Pompeo KXDR lideri Kim Çen In ilə görüşün sonunda sammit üçün yer və tarixin müəyyən ediləcəyinə ümid bəsləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

"Ən pis halda sədr Kimin ABŞ prezidenti ilə yenidən görüşəcəyi yer və vaxtla bağlı variantlar üzərində işə başlayacağımıza ümid edirik. Hələlik nə yer, nə də tarix var", — deyə Pompeo bildirib.

O deyib ki, ABŞ-ın şimali koreyalı tərəfdaşlarla nüvəsizləşdirməyə nail olmaqla bağlı danışıqları davam edir.

Mayk Pompeo oktyabrın 7-də Pxenyana səfər edəcək və orada KXDR lideri Kim Çen Inla görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru