Avropa da dollardan imtina etmək istəyir - Rusiya

6-10-2018, 06:27           
Avropa da dollardan imtina etmək istəyir - Rusiya
Avropanın neft məhsulları və müxtəlif mallar üçün ödənişlər də daxil olmaqla, öz avro-SWIFT sistemini quracağı ilə bağlı inkişafları yaxından izləyirik. Biz də belə bir təşəbbüsdə iştirak etməyə hazırıq.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Baliyyə naziri Anton Siluanov deyib. Nazir Avropanın Rusiya ilə ticarətdə dollardan imtina etmək istədiyini bildirib.

A.Siluanov ABŞ-ın dövlət və maliyyə qurumlarının dollardan istifadə ilə əlaqədar məhdudiyyətləri səbəbindən ölkələrin həll axtarışını davam etdirdiyini deyib:

“ABŞ-ın bu siyasəti ilə əlaqədar Avropa şirkətləri də dollardan istifadəni azaltmaq istəyir. Bunlar həmişə ikitərəfli həllərdir. Buna görə də şəriklərimizlə birgə çalışacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru