Pompeo Pxenyanda

7-10-2018, 14:49           
Pompeo Pxenyanda
ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana səfərə gəlib.

Unikal.org-un məlumatına görə, dövlət katibinin KXDR lideri Kim Çen Inla görüşü baş tutacaq. Tərəflər Koreya yarımadasının denuklearizasiyasını müzakirə edəcəklər.

KXDR lideri ilə görüşdən sonra M.Pompeo Cənubi Koreyaya yollanacaq və prezidenti Mun Çje İn və xarici işlər naziri Kan Qön Xva ilə görüşəcək.

Bundan sonra M.Pompeo oktybarın 8-i Pekinə səfər edəcək və hökümət nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bu səfər ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana 4-cü səfəridir. Bundan əvvəl dövlət katibi aprel, may və iyul aylarında Pxenyana səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru