İran işğalçı Ermənistanı qazla təmin edəcək

7-10-2018, 15:43           
İran işğalçı Ermənistanı qazla təmin edəcək
Bu gün Yerevanda İran-Ermənistan qaz kəmərinin ikinci mərhələsinin tikintisinin başa çatmasını bayram edirlər.

Kəmərin tikintisinə Rusiyanın “Qazprom” şirkəti kömək edib. “Qazprom”un rəhbəri Aleksey Miller bu qaz kəmərinin işğalçı dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını deyib: “Həmçinin, Ermənistan istehlakçılarının etibarlı və sabit enerji resursları ilə təminatı üçün mühüm layihədir”.

Qeyd edək ki, Ermənistanın özünün qazı yoxdur. Onun qaz tələbatını indiyədək Gürcüstanın ərazisindən istifadə etməklə Rusiya təmin edirdi. Hazırda isə bu təminata İran da qoşuldu. 2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru