Trampın müşaviri: ABŞ-ın Rusiyanı Avropa bazarından sıxışdırıb çıxaracaq qədər qazı var

9-10-2018, 07:12           
Trampın müşaviri: ABŞ-ın Rusiyanı Avropa bazarından sıxışdırıb çıxaracaq qədər qazı var
Birləşmiş Ştatların Rusiyanı Avropa bazarından sıxışdırıb çıxaracaq qədər qazı var, lakin bunun üçün Amerikaya hazırda olmayan infrastrukturu qurmaq lazımdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Hill.TV telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə müşaviri Larri Kudlou deyib.

"Biz üstün enerji gücünə malikik. Bir neçə ildən sonra gündə 15 milyon barel neft hasil edəcəyik. Biz Səudiyyə Ərəbistanını geridə qoyacağıq, biz Rusiyadan uzaqlaşırıq", — deyə Kudlou bildirib.

O əlavə edib ki, ABŞ-ın Texas ştatının Perm hövzəsində hasil olunan xeyli təbii qazı var, lakin istehsalçılar mavi yanacağın tədarükü üçün kifayət qədər qabaqcıl infrastrukturun olmaması səbəbindən, onu yandırmaq məcburiyyətində qalırlar.

"Bu o deməkdir ki, ABŞ Rusiyanın hegemonluğuna meydan oxumaq üçün infrastruktur qurmalıdır", - deyə müşavir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru