ABŞ-dan Ər-Riyada şok hədə: Türkiyədə yoxa çıxan jurnalist...

9-10-2018, 09:03           
ABŞ-dan Ər-Riyada şok hədə: Türkiyədə yoxa çıxan jurnalist...
Amerikalı senator Lindsi Qrehem Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı sərt mövqe nümayiş etdirib.

Axar.az xəbər verir ki, məsələyə Tvitter hesabında münasibət bildirən Qrehem Səudiyyə Ərəbistanının konkret Türkiyəyə cavab verməli olduğunu deyib.

"Qaşıqçının başına nə gəlibsə, bunu ortaya çıxarmağımız lazımdır. Səudiyyə Ərəbistanı rəhbərliyi məsələ ilə bağlı konkret cavab vermək məcburiyyətindədir", - Qrehem qeyd edib.

O bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-la münasibətlər üçün dürüst cavab verməlidir:

"Əgər Ər-Riyad yanlışlığa yol verərsə, bunun münasibətlərmizə dağıdıcı təsiri olacaq - həm iqtisadi, həm də digər mövqelərdən ağır bədəli olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru