Almaniyada sığınacaq axtaran şəxs olaraq işə düzələnlərin DİQQƏTinə!

12-10-2018, 09:02           
Almaniyada sığınacaq axtaran şəxs olaraq işə düzələnlərin DİQQƏTinə!
Son vaxtlar Almaniyada “İmmiqrasiya haqqında” Qanunun qəbulunun gözlənilməsi ilə əlaqədar işə düzələn, yaxud buna cəhd edən soydaşlarımzın sayı xeyli artıb. Bu barədə AzEuroNews.com – a Almaniyada fəaliyyət göstərən

“Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, işə düzələn hər kəs əmək müqaviləsinin sürətini razılıq almaq üçün Əcnəbilərlə İş İdarəsinə təqdim edir. Qaçqın statusu almayan hər kəsdən Əcnəbilərlə İş İdarəsi ümumvətəndaş pasportunu tələb edir : “Bizə son günlər daha çox verilən suallardan biri də belə vəziyyətdə pasportun verilib- verilməməsi ilə bağlıdır.

Bu mərhələdə siz mütləq pasport verməlisiniz. Çünki siz əslində birbaşa da olmasa, Əcnəbilərlə İş İdarəsinə müraciət edir və işləməyiniz üçün ölkədə yaşamaq icazəsi istəyirsiniz. Əcnəbilərlə İş İdarəsi sizə, yəni sığınacaq üçün müraciət edən, sonradan isə işə düzəlmək istəyən şəxsə yaşamaq icazəsini pasport olmadan vermək istəmir.

Siz Almaniyada sığınacaq axtaran şəxs olaraq işə düzəlirsinizsə, oxuyursunuzsa, nikaha daxil olursunuzsa və s. hallarda xarici pasportunuzun tələb olunması normaldır və qanunidir. Siz pasportu verməlisiniz ki, həmin pasporta uyğun olaraq sizə Almaniyada müvəqqəti yaşamaq haqqında qeydiyyat vəsiqəsi verilsin. Qeyd olunan əsaslarla müvəqqəti yaşamaq icazəsi verilən şəxslərə səyahət sənədi verilmir. Odur ki, pasportunuzu verin və bu şansı qaçırmayın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.