Şahzadə Ər-Riyadı ifşa etdi: Məni də çağırdılar ki...
12-10-2018, 10:27
Müxalif fikirlərinə görə 2013-cü ildə Almaniyaya mühacirət edən Səudiyyə şahzadəsi Xalid bin Fərhan Qaşıqçıdan öncə rejimin onu qaçırtmaq istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, şahzadə müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxmasını da vəliəhd Məhəmməd bin Salman rejimi ilə əlaqələndirib.
Xalib bin Fərhanın sözlərinə görə, Ər-Riyad rəsmiləri ona Qahirədəki Səudiyyə Ərəbistanı səfirliyində görüşmək qarşılığında milyonlarla dollar təklif ediblər.
“Mənə Səudiyyə rəsmilərinin içində olduğum maddi çətinliklərdən xəbərdar olduqlarını və kömək etmək istədiklərini söylədilər. Onlarla görüşəcəyim halda təhlükəsizliyimi təmin edəcəklərini söylədilər. Təxminən 30 dəfə mənə görüş təklif etdilər, ancaq getmədim. Getsəm, başıma nələrin gələcəyini yaxşı bilirdim”, - şahzadə bildirib.