KXCP-də qarşıdurma pik həddə - Mirmahmud Mirəlioğlu müavinlərini qərargahdan qovub

12-10-2018, 12:30           
KXCP-də qarşıdurma pik həddə - Mirmahmud Mirəlioğlu müavinlərini qərargahdan qovub
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) qurultayqabağı gərginlik pik həddə çatıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, partiya sədri Mirmahmud Mirəlioğlu Sədr Aparatını buraxdıqdan sonra, müavinlərini qərargahdan qovub.Məlumatı KXCP üzvləri təsdiqləyiblər.
Bildirilib ki, Mirmahmud Mirəlioğlu atdığı addımlarla partiyanı dağıdır: “KXCP-nin sonuncu qurultayında Mirəlioğlu partiya sədrliyinə bir daha namizəd olmayacağını açıqlamışdı. Amma sonradan sözündən döndü. Yəni növbəti qurultayda namizəd olacaq. Bununla yanaşı, o, Sədr Aparatını buraxdıqdan sonra müavinlərini də qərargahdan qovub. Hətta sədr müavini Xəzər Teyyublunun otağı əlindən alınıb, qərargaha isə buraxılmır”.

Artıq partiyanın bir neçə rayon təşkilatının sədri M.Mirəlioğluna etiraz olaraq istefa verib: “Mirəlioğlu partiyanı ata malı bilir. Nə gəldi edir. Partiyanın Nizami rayon təşkilatının sədri istefa verib. Bir neçə rayon təşkilatı da eyni addımı atmaq ərəfəsindədir”.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun partiya sədrliyinə namizəd olması onun KXCP-dəki rəqiblərinin etirazına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru