Yunanıstan Almaniyanın borcunun məbləğini açıqladı

7-04-2015, 13:06           
Yunanıstan Almaniyanın borcunun məbləğini açıqladı
Yunanıstan hökuməti deyir ki, Almaniya 2-ci Dünya Müharibəsində nasist işğalının vurduğu ziyana görə Afinaya 279 milyard avro (305 milyard dollar) borcludur.

Maliyyə nazirinin müavini Dimitris Mardas aprelin 6-da parlament komitəsində danışıb. O, borcun dəqiq olaraq 278.7 milyard avro təşkil etdiyini bildirib. Borcun bir hissəsi oğurlanmış arxeoloji incilərə görə yığılıb.

Yunanıstanda əvvəlki hökumətlər də Almaniyadan müharibə ziyanına görə borcun ödənməsini istəyib, ancaq heç vaxt dəqiq məbləğ açıqlanmayıb.

İndiki baş nazir Alexis Tsipras isə Almaniyanı Yunanıstan iqtisadiyyatının ağır durumuna görə ittiham edir. Belə ki, Berlin Afinanın sərt qənaətcillik tədbirləri görməsini istəyir.

Almaniya borc iddialarını rədd edir, 1960-cı ildə 115 milyon alman markı ödədiyini bildirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru