Daha bir Mariupol cəlladı məhv edildi

30-05-2025, 09:34           
Daha bir Mariupol cəlladı məhv edildi
Genişmiqyaslı rusiya-Ukrayina müharibəsinin 1191-ci günü…
Stavropolda daha bir raşist gəbərdi. Belə ki, Mariupolun bombalanmasına rəhbərlik edən , minlərlə ukrayinalının ölümünə səbəb olan mayor Zaur Qurtsiyev Stavropolda partladılaraq, “Kobzonun konsertinə” göndərilib.

Stavropolda hündürmərtəbəli binanın yaxınlığında naməlum şəxs qumbaranı partladıb, nəticədə biri mayor da daxil olmaqla iki nəfər ölüb. Zaur Qurtsiyev Donetsk vilayətində Mariupol uğrunda döyüşlərin hava-desant hissəsinə rəhbərlik edib.
Rusiya təbliğatı iddia edir ki, Qurtsiyev “raketlərin hədəflənməsi texnologiyasını təkmilləşdirib” – bu, onların dəqiqliyini artırıb.Yəni-Ukrayinanın dinc şəhərlərinin hədəf seçilməsində “rol” alıb. Rusiya mətbuatı baş vermiş hadisə ilə bağlı versiyalardan birinin terakt olduğunu bildirib. Zaur Qurtsiyev son dövrlərdə Stavropol şəhəri administrasiyası rəhbərinin birinci müavini idi.
Davamlı olsun!
Qabil Osmanlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru