Putin növbəti danışıqda da olmayacaq

30-05-2025, 11:18           
Putin növbəti danışıqda da olmayacaq
“Ukraynanın danışıqların yeni raundu ilə bağlı mövqeyi bəlli deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-1” telekanalında iştirak etdiyi proqramda deyib.

O, Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı açıqlamalar verib:

“Onların mövqeyində aydınlıq yoxdur. Danışıqların tarixi, formatı və məzmunu qarşı tərəfə çatdırılıb. Rusiya nümayəndə heyətinin rəhbəri davamlı olaraq planlarını izah edir. Qarşı tərəfdə isterika var”.

Zaxarova bildirib ki, Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edəcək nümayəndə heyəti İstanbuldakı danışıqlardakı ilə eyni olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 16-da İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski başçılıq edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini keçirməyi təklif etdiklərini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru