"Ford" 1 milyondan çox avtomobili GERİ ÇAĞIRIR

30-05-2025, 11:37           
"Ford" 1 milyondan çox avtomobili GERİ ÇAĞIRIR
"Ford" arxa görüntü kameralarında yaranan problemlərə görə ABŞ-də 1.1 milyona yaxın avtomobili geri çağıracaq.
Bu barədə "Reuters" məlumat verib.

Qeyd olunub ki, arxa görüntü kameralarında proqram problemləri səbəbindən görüntü əks olunmaya bilər və bu, qəza riskini artırır.

Geriçağırılma 2021-2024-cü illərdə buraxılmış "Bronco", "F-150", "Edge" modellərinə, həmçinin 2023-2024-cü illərə aid "Escape", "Corsair", "F-250", "F-350", "F-450", "F-550" və "F-600" modellərinə şamil edilir.

Bundan əlavə, geriçağırma kampaniyası 2022-2024-cü illər üzrə "Expedition", 2022-2025-ci illər üzrə "Transit", 2021-2023-cü illər üzrə "Mach-E", 2024-cü ilin "Ranger", 2022-2024-cü illər üzrə "Mustang" modellərinə, eləcə də 2022-2024-cü illər üzrə "Lincoln Nautilus" və "Navigator" modellərinə də aiddir.

Siyahıdakı bütün avtomobillərin proqram təminatı yeniləndikdən sonra problemin aradan qalxacağı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru