İsveçrədə təbii fəlakət: Kənd bütövlükdə torpaq və buz kütləsinin altında qaldı

30-05-2025, 10:34           
İsveçrədə təbii fəlakət:
İsveçrənin Alp dağlarında yerləşən Blatten kəndi bu həftə misli görünməmiş bir təbii fəlakətlə üzləşib. Qopan buz kütləsi və onunla birlikdə gələn palçıq və qaya parçaları kəndin demək olar ki, 90 faizini məhv edib.

Hadisədən öncə, mayın əvvəlində dağın yamacında sürüşmə təhlükəsi müşahidə olunub. Buna görə kəndin 300 sakini vaxtında təxliyə edilib.

Hal-hazırda axtarış qrupları xüsusi təchizatlı PUA-lar və itlərin köməyi ilə 64 yaşlı bir nəfərin axtarışını davam etdirir. Bölgədə yaranan torpaq sürüşməsi nəticəsində Lonza çayında suyun axını dayandığı üçün daşqın riski də var. Rəsmi şəxslər ən pis ssenaridə çayın daşaraq əlavə fəlakətə səbəb ola biləcəyini bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru