"Kaspi Kids"də müəllimin şiddət göstərdiyi azyaşlı 2 saat köməksiz vəziyyətdə qalıbmış - TƏFƏRRÜAT/VİDEO

30-05-2025, 11:57           
"Kaspi Kids"də müəllimin şiddət göstərdiyi azyaşlı 2 saat köməksiz vəziyyətdə qalıbmış -
Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşımda müəllimin uşağın başına vurduğu və nəticədə balacanın başının qanadığı qeyd olunub. Uşağın atası bildirib ki, hadisə barədə ona günorta saatlarında xəbər verilib:

"Mən işdə idim. Evdən zəng edib dedilər ki, uşaq başından xəsarət alıb. Kursa getdim, videogörüntülərlə tanış oldum. Müəllim özü etiraf etdi ki, uşağı o vurub. Kadrlarda da görünür ki, müəllim bilərəkdən iki dəfə suqabı ilə övladımın başına zərbə endirib. Vurduqdan sonra isə kömək etməyib. Uşaq iki saata yaxın ağlayıb və köməksiz vəziyyətdə qalıb".

Azyaşlının nənəsi isə bildirib ki, nəvəsi əvvəllər də müəllimin onu döydüyünü deyib, lakin onlar buna inanmayıblar:

"Dəfələrlə evə gəlib deyirdi ki, məni Arzu müəllimə döyüb. Biz inanmırdıq. Elə vurmuşdu ki, nəvəm yemək belə yeyə bilmirdi".

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru