“Respublika” qəzeti bağlanaraq “Xalq qəzeti”nə birləşdirildi - BUNDAN SONRA...
Dünən, 10:50

Prezidentin İşlər İdarəsinin təsisçiliyində və maliyyə yardımında olan “Respublika” qəzetinin fəaliyyətinin dayandırılması barədə “Təzadlar”a məlumat daxil olub. Apardığımız araşdlrmalarla müəyyən edildi ki, “Respublika” qəzeti 20 mart 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və redaksiya kollektivinin təsisçiliyi ilə yaradılıb. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A2 formatda, 8-24 səhifədə nəşr olunurdu. Lakin bu yaxınlarda qəzetin çap fəaliyyətinin dayandırılmasına qərar verilib.
Aldığımız məlumata görə, qəzetin hazırkı ştat vahidi 50 faiz ixtisar edilməklə ştat vahidi 50 faiz ixtisar edilən “Xalq qəzeti”nə birləşdirilib. Bununla da yeni komplektləşdirilmiş “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Respublika”qəzetinin baş redaktoru Hümbət Musayev isə baş refaktor müavini vəzifəsinə təyin edilib. Lakin mənbə bildirir ki, Hümbət Musayev müavinliyə razı olmayıb və universitetlərin birindəki pedoqoji fəaliyyətini davam etdirmək fikrindədur.
Qeyd edək ki, “Respublika” qəzetinin fəaliyyətini dayandırması həm də qəzetin elektron versiyasında hiss olunur. Bu dəqiqələrdə saytda daxil olduq və sonuncu xəbərlərin mayın 27- nə təsadüf etdiyi məlum oldu.
Onu da deyək ki, “Respublika” qəzeti 1990- cı ildə Nazirlər Kabinetinin təsisçiliyi ilə nəşrə başlayıb. Qəzetin ilk baş redaktoru Əhməd İsayev, baş redaktor müavini isə yazıçı Əmir Mustafayev olub. Qəzet 1990- cı ildə Heydər Əliyevlə müsahibə dərc etdiyinə görə, fəaliyyəti dayandırılıb və Parlamentin təsis etdiyi “Həyat” qəzetinə birləşdirilib (Baş redaktoru yazıçı Əfqan Hacıyev olub). Bir neçə ildən sonra isə qəzetin adı dəyişdirilib və “Azərbaycan” adlandırılıb.