Ukraynalılar azərbaycanlıların qan qardaşlarıdır.
Dünən, 11:54

"Ukraynalılar azərbaycanlıların qan qardaşlarıdır. Ukrayna torpaqları Atillanın Hun İmperiyasının, sonrakı illərdə Xəzər Türk Xaqanlığının ərazisi idi və ukraynalılar Qıpçaq, Skif, Uz, Peçeneq, Berendey türklərinin assimilyasiyası nəticəsində yaranmışdır. Xəzər Xaqanlığı süquta uğrayanda Qoqol, Suvar, Kutuz, Şolox, Yesen, Don, Dana, Azov nəsilləri xristian dinini qəbul etmiş, üç yüz il ərzində öz dilini unutmuşdur. Ancaq buna baxmayaraq Ukrayna dilində yüzlərlə türk sözləri qalmışdır. Uz nəslinin adı Ujqorod şəhərinin, Azup xanın adı Azov dənizinin adında qalmışdır. Dnepr çayı qədim mənbələrdə Danapur, Xerson şəhəri isə Xersak adlanır. Xersak, Korsak (sak türkləri) türk nəsilləridir.Don çayından başqa Orta Asiyada Don, Kərki Don adlı şəhərlər var idi. Xerson şəhəri yaxınlığındakı göllərdən biri Dəli Göl, Dunay çayının bir qolu Kirs ova adlanırdı. Bizdə isə Şuşa ilə Laçın arasındakı dağ Kirs dağı adlanır. Donetsk şəhəri yaxınlığındakı kəndlərin 12-si türk dillərinin arxaik bir ləhcəsində danışır. Onlar xristiandır, ancaq indiyədək dillərini unutmayıblar. Ukraynanın böyük nasiri Mixail türkcə Şoloxov soyadı daşıyırdı. N.A.Baskakov şolox adını şulux mənasında izah edir. Əslində şulux qəhrəman deməkdir".
İlhami Cəfərsoy, tarixçi alim.