Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

30-05-2025, 11:48           
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şahmar Elianur oğlu Mustafayev cəbhə bölgəsində həyatını itirib.

Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.

Məlumat üçün bildirək ki, Ş.Mustafayev cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinə qatılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən digər Gəncə sakininin də həlak olması barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru