Putin 2 iyunda İstanbul danışıqlarına onları göndərəcək – Zaxarova adları açıqladı

30-05-2025, 09:24           
Putin 2 iyunda İstanbul danışıqlarına onları göndərəcək – Zaxarova adları açıqladı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni açıqlama verib.

O bildirib ki, Rusiya tərəfinin nümayəndə heyəti əvvəlki – 16 may tarixindəki danışıqlardakı eyni tərkiblə prosesə qatılacaq.

Zaxarova bu qərarın davamlılıq və mövcud müzakirə formatının qorunması baxımından vacib olduğunu qeyd edib. Hələlik ABŞ tərəfinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.

Xatırladaq ki, Ağ Evin sözçüsü Kərrolayn Livitt də Tramp administrasiyasının bu görüşlərə nümayəndə göndərib-göndərməmək məsələsini dəyərləndirdiyini bildirmişdi.Musavat.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru